reklam
Sportfm.az xəbər saytı

"Qızıl oğlan" mükafatına namizədlər -SİYAHI


Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.

Sportfm.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafat üçün ilk olaraq 100 oyunçudan ibarət siyahı hazırlanıb.

"100-lük"də azərbaycanlı futbolçu yer almayıb. Siyahıya Türkiyə millisinin və Almaniyanın "Şalke" klubunun müdafiəçisi Ozan Kabak əlavə edilib.

Məşhur futbolçulardan Erlinq Holand, Ceydon Sanço (hər ikisi "Borussiya", Dortmund, Almaniya), Alfonso Devis ("Bavariya", Almaniya"), Fil Foden ("Mançester Siti", İngiltərə), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Kallum Hadson-Odoi ("Çelsi", İngiltərə), Rodriqo və Vinisius Junior ("Real Madrid", İspaniya) mükafat uğrunda yarışacaq.

Qeyd edək ki, 2019-cu ildə bu mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.

Oxşar xəbərlər

Ronaldonun oğlu "Qızıl top"u almağa namizəddir! - 2030-cu ildə
Dünyanın ən istedadlı oyunçuları - SİYAHI SİYAHI
"Golden Boy" mükafatı Holanda təqdim olundu - FOTO
"Qızıl oğlan" mükafatı kimin olacaq? - Namizədlərin siyahısı
“Qızıl oğlan” mükafatına namizədlər açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər