Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Beşiktaş" "Sabah"ın futbolçusunu transfer edir
"Beşiktaş" "Sabah"ln futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.
Sportfm.az xəbər verir ki, bu barədə "Akşam" qəzeti məlumat yayıb. İddiaya görə, 22 yaşlı yarımmüdafiəçi ilə həmçinin Türkiyənin "Kasımpaşa" klubu da maraqlanır.
Növbəti mövsümün heyətini indidən formalaşdırmağa çalışan "Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın xüsusən də, ölkədən kənarda yetişən türkiyəli futbolçularla gələcəyin heyətini qurmağı planlaşdırır. "Feyenoord”da çıxış edən Orkun Kökçüdən əlini üzən İstanbul nəhəngi onun Azərbaycan millisindəki qardaşı Ozan Cana göz dikib.
"Kasımpaşa”nın da diqqət mərkəzində olan 22 yaşlı hücumameyilli oyunçunun "Beşiktaş”a keçmək ehtimalı daha yüksək dəyərləndirilir. Yeganə problem Ozanın "Sabah”la müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdı. Türkiyə klubu tezliklə "Sabah” rəhbərliyi ilə təmasa keçəcək və bu məsələni yoluna qoymağa çalışacaq.
Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdü. Onun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.(fanat.az)
Oxşar xəbərlər
Ozan Can Kökçü klubunu dəyişdi
Kökçü "Feyenoord"la müqavilə bağladı - FOTO
“Sabah”ın futbolçusu Türkiyə klubunun hədəfində
Azərbaycan millisini seçəcəyi deyilən futbolçu Türkiyə yığmasında
"Fənərbaxça" AFFA-nın "gözü düşən" futbolçunu almaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası