“Bu formada çempionat keçirmək qeyri-ciddidir” –Zaur Həşimov
“Biz də hamı kimi Operativ Qərargahın qərarını gözləyirik. Yəqin ki, hər şey həmin qərardan sonra müəyyənləşəcək”.
Sportfm.az xəbər verir ki, bunu apasport.az saytına “Zirə” klubunun baş məşqçisi Zaur Həşimov şənbə və bazar günləri ölkədə karantin rejiminin sərtləşdirilməsi variantı barədə danışarkən deyib.
39 yaşlı mütəxəssis bu gün açıqlanması gözlənilən karantin rejiminin komandaların hazırlıq durumuna təsirsiz ötüşməyəcəyini söyləyib: “Dövlət hansı qərarı versə, ona da riayət etmək lazımdır. Əlbəttə ki, şənbə və bazar günləri evdən çıxmaq qadağası qoyulsa, bunun komandaların məşq prosesinə ciddi təsiri olacaq. Onsuz da, iki ay yarımdan çoxdur məşq etmirik. İndi də həftədə iki dəfə hazırlıq keçməsək, futbolçuların formanı bərpa etmələri mümkünsüzləşər”.
Operativ Qərargahın növbəti bir neçə həftədə də şənbə və bazar günləri ilə bağlı karantin rejimini tətbiq etməsi istisna olunmur. Həşimovun fikrincə, belə olarsa, Azərbaycan Premyer Liqasının bərpası çətinləşəcək: “Çempionatın sona qədər keçirilməsi risk altında olacaq. Çünki çatdırmaq üçün həftədə 2 tur keçirilməlidir. Ancaq hər həftənin iki günü məşq olmasa, bu mümkün olmayacaq. Belədə hansı futboldan danışmaq olar? Həftədə 3 gün məşqə, 2 gün oyuna vaxt qalır ki, bu formada çempionat keçirmək qeyri-ciddidir”.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Premyer Liqanın iyunun 21-də bərpa edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
AFFA aşağı liqalarla bağlı dəyişiklik etdi
Azərbaycan Premyer Liqasının təqvimi dəyişəcək
Məşqçilərimiz ümidsizdir - Çempionat davam etməyəcək
Gənclər Liqasının bərpa tarixi açıqlandı
Klublarımıza məşq üçün icazə verilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası