reklam
“Beşiktaş”da testin nəticələri məlum oldu
Sportfm.az xəbər saytı

“Beşiktaş”da testin nəticələri məlum oldu


Türkiyənin “Beşiktaş” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Sportfm.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də bazada çalışanlardan çərşənbə günü götürülən testlərin nəticəsi bu gün açıqlanıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu üzdən də İstanbul təmsilçisi öncədən planlaşdırılmış məşq proqramına uyğun hazırlığını davam etdirir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan Türkiyə Super Liqasında mövsüm iyunun 12-dən etibarən bərpa olunacaq.

Oxşar xəbərlər

Hər kəsin nəticəsi neqativdir - "Sabah"da
Superliqa klubu testdən keçdi - Növbəti dəfə
Türkiyə klubunda sevincli gün - Virusa qalib gəldilər
Türkiyə klubunun beş futbolçusunda koronavirus aşkarlandı
"Fənərbaxça"da testin nəticələri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər