Mövsümün başlama vaxtı bilindi
İtaliyada koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün başa çatacağı, eləcə də növbəti mövsümün başlama tarixləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası (FIGC) məlumat yayıb.
Xəbərdə bildirilir ki, çempionatların taleyi barədə qərar FIGC-in Federal Şurasının telekonfrans formatında keçirilən iclasında verilib. Həmin qərara əsasən, A, B və C Seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır. Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatının dəyişdirilməsinin mümkünlüyünü də diqqətə çatdırıb. Hətta çempionatların vaxtından öncə yekunlaşdırılması da istisna edilmir.
Əvəzində səviyyəcə C Seriyasından aşağı olan bütün liqalar, həmçinin həvəskarlar arasındakı çempionatların ləğv olunduğu elan edilib.
Əsas çempionatlarda 2019/20 mövsümü avqustun 20-nə qədər yekunlaşsa, həmin ayın 31-nə qədər də İtaliya kubokunda mövsümün başa çatdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Dünya çempionatları ləğv edildi - FİFA
İtaliya A Seriyasının başlama vaxtı bilindi
Daha iki çempionat vaxtındən əvvəl bitdi
Klublarla razılığa gəlindi
Ölkə çempionatına iyunun 10-da start veriləcək - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan yerini qorudu - UEFA Reytinqi
-
Millimiz qrupda sonuncu oyununa çıxır - Avropa çempionatı
-
3-cü turun hakimləri açıqlandı - Premyer Liqa
-
“Qarabağ”ın növbəti transferləri - FOTO
-
"Trabzonspor"un rəqibləri bilindi - Konfrans Liqası
-
Qorxduğumuz başımıza gəldi - “Qarabağ” avrokuboklardan kənarda qaldı















Misli Premyer Liqası