Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA bütün klublarımıza pul ödədi -"Qarabağ"dan başqa
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib.
Sportfm.az xəbər verir ki, vəsait 2018/2019-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramını əhatə edib. Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb.
Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb.
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
Oxşar xəbərlər
Azərbaycan klublarına ödəniş edildi - UEFA
UEFA Azərbaycan klublarına pul köçürdü
"Səbail"in hesabına pul köçürüldü - UEFA tərəfindən
UEFA klublarımıza ödəniş etdi
UEFA 6 klubumuza pul ayırdı, "Kəpəz" və "Keşlə" gözləməli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası