Sabiq klubuna kömək elədi -Bilet dəstəyi
“Liverpul”un futbolçusu Vircil van Deyk koronavirus pandemiyasından əziyyət çəkən Niderlandın “Qroningen” klubuna dəstək nümayiş etdirib.
Sportfm.az xəbər verir ki, Niderland yığmasının üzvü yetirməsi olduğu bu klubun ev oyunlarına mövsümlük 4 bilet alıb.
Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb:
“Növbəti mövsüm üçün 4 mövsümlük bilet aldım. Bu çətin zamanda “Qroningen”ə yardım etməliyik”.
28 yaşlı oyunçu həmin biletləri bilet almağa gücü çatmayan tərəfdarlara püşklə verəcəyini də bəyan edib.
Qeyd edək ki, ölkəsində “Villem II” və “Qroningen” klublarının aşağı yaş qrupları üzrə komandalarında oynayan Van Dayk 2011-ci ildə məhz sonuncuların heyətində peşəkar oyunçu kimi debüt edib. 2013-cü ildə “Qroningen”i Şotlandiya “Seltik”inə dəyişən müdafiəçi iki il sonra “Sauthempton”a, 2018-ci ildə isə “Liverpul”a transfer olunub.
Oxşar xəbərlər
Con Obi Mikel də getdi...
Aryen Robben futbola qayıtdı
Ölkə çempionatının oyunları dayandırıldı - Qərar
“Liverpul”un heyətində 100-cü oyununu keçirdi
Filip Ozobiç "Qarabağ"da! - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Təmsilçimiz Çempionlar Liqasında məğlub oldu
-
“Dinamo” “Qarabağ”a qalib gəldi - Gənclər Liqası
-
Boksçularımız Avropa çempionatlarında 25 medal qazandı













Misli Premyer Liqası