Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbol Federasiyasının prezidenti barədə araşdırma başlandı
Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko haqqında araşdırma başladılıb.
Sportfm.az xəbər verir ki, federasiya prezidenti korrupsiyada ittiham olunur. UEFA İcraiyyə Komitəsinin üzvü olan Pavelko qurumun 2017-ci ildə Ukrayna Futbol Federasiyasına göndərdiyi pulları izah etmək üçün 2018-ci ildən bəri təhqiqatçılarla yazışmalar aparıb.
UEFA məsələylə bağlı açıqlama verməkdən imtina edib.
Keçən il “Lillustre” nəşri UEFA-dan Ukraynaya göndərilən pullarla bağlı məqalə dərc edib. Bundan sonra sözügedən nəşrin jurnalisti Ukraynadan gələn zənglə təhdid olunub. Məsələylə bağlı Pavelko İsveçrə prokurorluğu tərəfindən dindirilmişdi.
Oxşar xəbərlər
Şevçenko Futbol Federasiyasının prezidenti oldu
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanıldı
Davor Şuker İcraiyyə Komitəsinə üzv seçildi - FOTO
Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının prezidenti ilə görüşdü
Ukraynanın məşhur klubu dağıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası