reklam
Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının prezidenti ilə görüşdü
Sportfm.az xəbər saytı

Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının prezidenti ilə görüşdü


Sportfm.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “Vorskla” oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko Bakıda səfərdə olub.

Bakı Olimpiya stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə A.Pavelko arasında görüş keçirilib. Söhbət zamanı AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, gələcəkdə də hər iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq etməsinin perspektivləri müzakirə olunub. Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında gələn il yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.  
Andriy Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkili və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.

Oxşar xəbərlər

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanıldı
Rövnəq Abdullayev İnfantino ilə görüşdü
Yaponiya səfiri Keysuke Honda ilə görüşdü - FOTO
Futbol Federasiyasının prezidenti barədə araşdırma başlandı
AFFA rəhbərliyi İnfantino ilə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər