reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Çempionlar Liqasında oynamayacaq! -Müzakirələr gedir


Çempionlar Liqası və Avropa Liqasının  formatı dəyişə bilər.
Sportfm.az “The Times”ə istinadən xəbər verir ki, hazırda turnirlər dayandırıldığı üçün gələn mövsüm sıx qrafik olacağını nəzərə alan UEFA seçmə mərhələ oyunlarını azaltmağı, yaxud da tamamilə ləğv etməyi planlaşdırır.

Çempionlar Liqasında təsnifat mərhələləri bir oyundan ibarət ola və neytral meydanda keçirilə bilər.
Digər versiyaya əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə əldə edə bilməyən, UEFA reytinqdə yüksək pillələrdə olan 12 ölkənin çempionları bir oyundan ibarət pley-offda qarşılaşa bilərlər. Bu variant təsdiqlənərsə, Azərbaycan kimi  UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaq.
Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi gözlənilir.

Oxşar xəbərlər

Bu gün 3 komanda qrupa vəsiqə qazanacaq - Çempionlar Liqası
UEFA avrokubokların mükafat fondunu azaldır - Koronavirusa görə
Klublarımız avrokuboklarda azarkeş dəstəyi görməyəcək - Qərar
Təmsilçimiz Çempionlar Liqasında oynaya biləcək
UEFA yeni avrokubok mövsümünün detallarını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər