reklam
Klublarımız avrokuboklarda 4 əvəzetmə edəcək -
Sportfm.az xəbər saytı

Klublarımız avrokuboklarda 4 əvəzetmə edəcək -Rəsmi


Klublar 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq  əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcək.

Qeyd edək ki, əlavə vaxtda 4-cü əvəzetməyə ilk dəfə DÇ-2018-də icazə verilib. Rusiya millisi 1/8 finalda İspaniya ilə matçda 4-cü oyunçu dəyişikliyi edib. 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Yeroxin meydana daxil olub.

Oxşar xəbərlər

Klublararası dünya çempionatında yeni qayda - Əlavə əvəzetmə
Ölkə kubokunda 6 əvəzetmə olacaq
Çempionlar və Avropa Liqası ilə bağlı inqilabi dəyişiklik
DÇ-2018: Futbol tarixində ilk
Dördüncü əvəzetməyə icazə veriləcəkmi? - UEFA qərar verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər