"Maaşımızdan 2500 dollar tutuldu" -Kamal Mirzəyev
Küveytin "Əl-Salmiyə" klubunda çıxış edən Kamal Mirzəyev açıqlama verib.
Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasına görə Azərbaycana qayıda bilmədiyini deyib:
"Klub futbolçulara bildirdi ki, xərclərinizi qarşılayacağıq. Hər şeyi evimizə göndərirlər. Sıxıntı yaşamırıq, lazım olanları klub işçiləri gətirir. Evdən çıxmağa icazə yoxdur. Səfirliklə danışmışam. Böyük ehtimalla, iyunun 1-dək uçuş olmayacaq. Mənə belə dedilər. Hazırda gözləyirəm".
Kamal çempionatda oynayan hər futbolçunun COVID-19 pandemiyasına görə Küveyt Futbol Federasiyasının yaratdığı fonda 2500 dollar köçürdüyünü deyib:
"Federasiya koronavirusa görə fond yaratdı və futbolçuların məvacibindən 2500 dollar tutuldu". (Sportal.az)
Oxşar xəbərlər
Kamal Azərbaycana döndü - AFFA kömək etdi
Küveytdə çıxış edən futbolçumuz gələcəyindən danışdı - ""Əl Salmiyə" mənə çətinlik yaratmayacaq"
Kamal Küveytdə növbəti qolunu vurdu
Kamal qol vurdu, komandası qalib gəldi
Millimizin üzvü Küveyt klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası