reklam
Millimizin üzvü Küveyt klubunda
Sportfm.az xəbər saytı

Millimizin üzvü Küveyt klubunda


"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, 24 yaşlı futbolçunu yüksək liqada çıxış edən "Əl-Salmiyə" klubu transfer etmək üzrədir. Hazırda küveytlilər "Qəbələ" ilə transferin detallarını müzakirə edir. Kamalın keçidi üçün "qırmızı-qaralar"a müəyyən qədər təzminat ödəniləcək.

Bakıda təlim-məşq toplanışında olan "Əl-Salmiyə"nin baş məşqçisi Milud Həmdi Mirzəyevi "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununda bəyənib. Kamalı arzuladığı ideal 11-likdə görən Əlcəzair əsilli fransalı mütəxəssis klub rəhbərliyindən futbolçunun transferini tələb edib.

1964-cü ildə yaranmış Küveyt klubu ötən mövsüm Premyer Liqanı 3-cü yerdə başa vurub.

Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidir. Kamal AZAL, "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib. (Sportal.az)

Oxşar xəbərlər

Kamal Küveytdə növbəti qolunu vurdu
Kamalın komandası lider oldu
Kamal qol vurdu, komandası qalib gəldi
"Qəbələ"dən Küveytə ikinci transfer
Küveyt klubu azərbaycanlı futbolçunu transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər