reklam
Zidan Əlcəzair millisini seçdi
Sportfm.az xəbər saytı

Zidan Əlcəzair millisini seçdi


“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Lyuka Zidan Əlcəzair milli komandasında oynamağa razılıq verib.

Sportfm.az xəbər verir ki, bu barədə “Sports Finding” məlumat yayıb. Bildirilir ki, millinin baş məşqçisi Camel Belmadi 21 yaşlı qapıçı ilə görüşərək onu Əlcəzair vətəndaşlığını qəbul etməyə inandıra bilib. Lyukanın payızdan, dünya çempionatının seçmə mərhələsindən başlayaraq Əlcəzair millisində oynacacağı gözlənilir.

Qeyd edək ki, oğul Zidan Fransanın yeniyetmələrdən ibarət millisində çıxış edib. Onun əslən Əlcazairdən olan atası Zinəddin Zidan isə Fransa A millisində oynayıb.
Xatırladaq ki, müqavilə ilə "Real"a məxsus olan Lyuka hazırda icarə qaydasında "Rasinq"də çıxış edir.

 

Oxşar xəbərlər

Zidan millidə işləmək təklifini rədd etdi
Zidan Nazarovla eyni komandada - Danışıqlar gedir
“Zidan bir gün Fransa millisinə rəhbərlik edəcək”
Zidan "Real"dan getdi!
Zidan ikinci dəfə ilin ən yaxşı məşqçisi seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər