reklam
AFFA-ya yarım milyon dollardan çox pul veriləcək
Sportfm.az xəbər saytı

AFFA-ya yarım milyon dollardan çox pul veriləcək


FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara maliyyə yardımı edəcək. 

Sportfm.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək. FIFA hər federasiyaya 500 min ABŞ dolları, eyni zamanda 2019-2020-ci illər üçün nəzərdə tutulan vəsaitin qalan hissəsini köçürəcək. 

Qeyd edək ki, FIFA üzv assosiasiyalara yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə futbolu qorumaq üçün bu addımın atıldığı bildirilib.

Oxşar xəbərlər

Klublar agentlərə 496 milyon ödədi - Bu il
AFFA 1.5 milyon dollar əldə edəcək - FİFA-dan yardım
AFFA-ya maddi yardım təsdiqləndi
Milli Olimpiya Komitəsinə yardım ayrılacaq
FİFA virusla mübarizə üçün pul ayırdı - 10 milyon

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər