Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Materatsi Ronaldonun gedişindən danışdı:"Onun qabağında diz çökərək yalvardım ki, bizi tərk etməsin.
Milan "İnter"inin sabiq müdafiəçisi Marko Materatsi braziliyalı komanda yoldaşı Ronaldonun "Real" Madridə keçidindən danışıb.
Sportfm.az xəbər verir ki, İtaliya mətbuatına müsahibəsində Marko bildirib ki, 2002-ci ildə Ronaldo İspaniyaya getmək istəmirmiş:"Mən bir şeyi deyə bilərəm ki, o həmişə "İnter"ə qayıtmağı arzulayırdı. O, hətta getmək belə istəmirdi. Mən paltardəyişmə otağında onun qabağında diz çökərək yalvardım ki, bizi tərk etməsin. Ancaq, o dedi ki, "ya mən, ya da Kuper". O zaman başa düşdüm ki, braziliyalı gedəcək".
Qeyd edək ki, Ronaldo 1997-ci ildən 2002-ci ilə qədər "İnter"də çıxış edib. Daha sonra o 45 milyon avroya "Real"a trasfer olunub.
Oxşar xəbərlər
Devid Bekhem və braziliyalı Ronaldo xeyriyyə matçı təşkil edəcək
Ronaldo haqqında daha bir iddia - transfer olunur
Ronaldonun yanına getmək istəyir
Ronaldonun "Real"dan ayrılma səbəbi məlum oldu
Ronaldonun karyerasını bitirəcəyi klubun adı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası