reklam
Futbolçu koronavirusdan öldü
Sportfm.az xəbər saytı

Futbolçu koronavirusdan öldü


İngiltərənin "Lids Yunayted" klubunun əfsanəvi futbolçusu Norman Hunter dünyasını dəyişib. 

Sportfm.az BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı keçmiş müdafiəçi xəstəxanada koronavirusdan vəfat edib. 

Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Norman Hunter 1962 - 1976-cı illərdə "Lids Yunayted"in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub. Müdafiəçi 1966-cı ildə İngiltərə yığmasının heyətində dünya çempionatını da qazanıb.  

Oxşar xəbərlər

Yığmanın sabiq futbolçusu dünyasını dəyişdi - Koronavirusdan
Əfsanəvi hücumçunun adı Şöhrət Zalına daxil edildi - Premyer Liqa
14 yaşlı idmançı koronavirusdan vəfat etdi - Braziliyada
Dünya çempionu dünyasını dəyişdi
Türkiyədə Federasiya rəsmisi koronavirusdan vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər