Avrokubokların iştirakçıları müəyyənləşdi -İspaniya çempionatında
İspaniya Futbol Federasiyası (RFEF) La Liqa klublarının təmsilçiləri ilə iclas keçirib.
Sportfm.az "Marca"ya istinadən xəbər verir ki, toplantıda koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpası mümkün olmayacağı təqdirdə, hansı komandaların avrokuboklarda iştirak edəcəyi müəyyənləşib.
İddiaya görə, cari mövsüm ləğv olunsa, UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasına (AL) vəsiqələr turnir cədvəlindəki hazırkı sıralamaya əsasən veriləcək.
Bu halda lider "Barselona", həmçinin "Real Madrid", "Sevilya" və "Real Sosyedad" ÇL-də, "Atletiko" və "Hetafe" isə AL-də iştirak hüququ qazanacaq.
Çempionun hansı üsulla elan olunacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, İspaniya La Liqasının oyunları martın 13-də dayandırılıb.
Oxşar xəbərlər
İki klub UEFA-ya şikayət etdi - "Avrokuboklara biz getməliyik"
Futzal çempionatları ləğv olundu
"Real" məşqlərə başlayır - Tarix məlum deyil
La Liqa yaxın tarixdə bərpa olunmasa, mövsüm ləğv ediləcək
La Liqa prezidenti çağrış etdi - Komandalar məşqlərə başlasın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası