reklam
Baş məşqçi maaşının bir hissəsini bağışladı
Sportfm.az xəbər saytı

Baş məşqçi maaşının bir hissəsini bağışladı


İngiltərənin “Ridinq” klubunun icraçı direktoru Naycel Hau və komandanın baş məşqçisi Mark Bouen məvaciblərinin bir hissəsindən imtina ediblər.

Sportfm.az xəbər verir  ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, Hau və Bouenin aprel, may və iyun ayları üçün nəzərdə tutulan məvaciblərinin bir hissəsindən imtina etdikləri bildirilib.

Baş məşqçi və icraçı direktor koronavirusa görə yaranacaq maliyyə problemlərini aradan qaldırmaqda kluba kömək etmək üçün belə addım atıb.

Oxşar xəbərlər

4 aylıq maaşlarından imtina etdilər – RƏSMİ
Məvaciblərindən imtina etdilər
Baş məşqçi maaşından imtina etdi - Maliyyə probleminə görə
Daha bir klub maaşları azaldır
Maaşlarından imtina etdilər - 0:9-a görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər