Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha bir klub maaşları azaldır
Almaniya Bundesliqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar futbolçularının maaşlarını azaltmağa qərar verib.
Sportfm.az xəbər verir ki, söhbət “Volfsburq”dan gedir.
Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu və məşqçi heyəti məvaciblərinin böyük hissəsindən imtina ediblər. Klub rəhbərliyində çalışanlar da oxşar addımı atıblar.
Xatırladaq ki, Bundesliqada daha öncə “Bavariya”, “Borussiya” (Dortmund), “Yunion Berlin”, “Şalke”, “Bayer” və “Leyptsiq” klublarında da futbolçular və məşqçilər maaşlarının azaldılmasına razılıq vermişdilər.
Oxşar xəbərlər
Bundesliqada yeni mövsüm başlayır - AFİŞA
"Frayburq" minimal hesabla qalib gəldi - Bundesliqa
Futbolçular məşqdən imtina etdi - Maaşlarının azaldılmasına görə
“Tottenhem” qərarını dəyişdi
Daha bir klub məvacibləri azaltdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası