"Avropada daha bir neçə il oynamaq gücüm var" -Villian
"Çelsi"nin futbolçusu Villian mövsümün sonunda komandadan ayrıla biləcəyini deyib.
Sportfm.az xəbər verir ki, braziliyalı vinger "Fox Sports"a açıqlamasında mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmaq barədə düşünmədiyini bildirib:
"Çelsi"də möhtəşəm işlər gördüm. Azarkeşlərin dəstəyi sayəsində özümü hər zaman özəl hiss etmişəm. Müqaviləmin mövsümün sonunda bitəcəyini hər kəs bilir. Sazişimi uzatmağın çətin olacağını söyləyə bilərəm".
31 yaşlı futbolçu "Çelsi"də 2 illik müqavilə təklifi aldığını söyləyib:
"Nələr olacağını bilmirik. Anidən klubla anlaşa bilərəm. Ancaq müqaviləm bitəcəyi üçün başqa klublarla danışıq aparacağam. DÇ-2018-dən sonra "Barselona"dan təklif almışdım, amma "Çelsi" məni göndərmək istəmədi. Avropada daha bir neçə il oynamaq gücüm var".
Braziliya millisinin üzvü 2013-cü ildən "Çelsi"də çıxış edir. "Korintians"ın yetirməsi daha öncə "Şaxtyor" (Donetsk) və "Anji"də oynayıb.
Oxşar xəbərlər
Abramoviç "Çelsi”ni satmaq istəyir - 2 milyarda
Fransalı hücumçu daha bir klubun hədəfində
"Çelsi"nin futbolçusu Çinə getmək istəmədi
"Çelsi" "Barselona"nın təklifini rədd etdi
Braziliya yığmasının üzvü qərarını verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İdmançılarımız Avrasiya Liqasında liderliyə yüksəldi
-
"Şamaxı" daha bir futbolçusunu göndərdi - FOTO
-
Millimiz Türkiyədə yoxlama oyunları keçirəcək
-
Əlcəzair Mundiala bu futbolçularla gedir - SİYAHI
-
Yığmamızın üzvü 2-ci dəfə Albaniya çempionu oldu - FOTO
-
"Turan"ın futbolçusu Braziliyaya qarşı oynadı - Yoxlama oyunu















Misli Premyer Liqası