reklam
Fransalı hücumçu daha bir klubun hədəfində
Sportfm.az xəbər saytı

Fransalı hücumçu daha bir klubun hədəfində


“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Olivye Jiru daha bir klubun maraq dairəsindədir.

Sportfm.az xəbər verir ki, “Bordo” da 33 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. Fransa təmsilçisi “zadəganlar”ın futbolçunun məvacibinin bir hissəsini öz üzərinə götürəcəyinə və ya Jirunun məvacib tələbində güzəştə gedəcəyinə ümid edir.

Eyni zamanda, “İnter”in də hədəfində olan futbolçu, “Çelsi”də rəhbərliyi altında oynadığı Antonio Konte ilə birlikdə çalışmaq istəyir. Futbolçunun qış transfer dövründə “Çelsi”dən ayrılacağı gözlənilir.

2018-ci ildən “Çelsi”də çıxış edən Jiru, cari mövsümdə iştirak etdiyi 7 oyunda bir qolla yadda qalıb.

Oxşar xəbərlər

17 yaşlı oyunçu üçün 50 milyon avro - Təklif
Türk futbolçu İtaliya nəhənglərinin hədəfində - Transfer
Türk futbolçu İngiltərəyə yollana bilər
Konte Londondan ayrıldı
Roman Abramoviç onu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər