Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
MMA döyüşçümüzə kompensasiya ödəniləcək
Fight Nights Global (FNG) koronavirus pandemiyası səbəbindən MMA turnirləri təxirə salındığı üçün döyüşçülərə kompensasiya ödəyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə TASS-a qurumun rəhbəri Kamil Hacıyev məlumat verib.
FNG-nin Rusiyanın Soçi (11 aprel), Maqnitoqorsk (17 aprel) şəhərlərində və paytaxt Moskvada (18 aprel) turnirlərinin keçirilməsi nəzərdə tutulmuş, yarışların yenidən planlaşdırıldığı elan olunmuşdu.
Qeyd edək ki, Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov aprelin 18-də Moskvada "Fight Nights Global 98" turnirində çempionluq kəmərini qorumaq üçün Rusiyanı təmsil edən Mixail Qogitidze ilə üz-üzə gəlməli idi.
Oxşar xəbərlər
Nəriman qələbədən sonra ağladı - Ölən qardaşı üçün
Döyüşçümüz “Fight Nights Global”da rinqə çıxacaq - Sentyabrın 25-də
Döyüşçümüz çempionluq kəməri üçün mübarizə aparacaq
Bakıda MMA döyüşçüsü faciəvi şəkildə vəfat etdi - FOTO
Nəriman Abbasov rusiyalı rəqibinə qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası