Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nəriman Abbasov rusiyalı rəqibinə qalib gəldi
"Qəbələ” İdman klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib.
Sportfm.az xəbər verir ki, idmançı MMA üzrə 59-cu beynəlxalq "Fight Nights Global” turnirində mübarizəni davam etdirir. 70,3 kq çəki dərəcəsində çıxış edən Abbasov bu mərhələdə Rusiya idmançısı Artur Zaynukovla qarşılaşıb. Rusiyanın paytaxtı Moskvadakı "Ximki Arena”da təşkil olunan döyüş "Qəbələ" klubunun təmsilçisinin 19-cu sınağı olub. Rəqibinə qalib gələn Abbasov 16-cı qələbəsini qazanıb. Bu, Nərimana turnirin kəməri uğrunda döyüşmək hüququ verib.
Oxşar xəbərlər
Nəriman Abbasov növbəti qələbəsini qazandı
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
Abbasov Avropa çempionunu nokautla uddu - VİDEO
Nəriman Adili döyüb 20-ci qələbəsini əldə etdi
“Qəbələ” döyüşçülərindən 3 qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası