FIFA-nın yeni qərarı -"Transfer pəncərələri"nin vaxtı dəyişdirilsin
FIFA koronavirusa görə futbolçuların müqavilələri və "transfer pəncərələri" ilə bağlı yeni qaydaları açıqlayıb.
Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, milli çempionatlarda "transfer pəncərələri"nin bağlanma və açılma vaxtlarının dəyişdirilməsinə icazə verilib. "Transfer pəncərələri"nin dəqiq vaxtı daha sonra açıqlanacaq.
Bundan başqa, sözləşməsi 2020-ci ilin iyun ayında başa çatacaq futbolçular və məşqçqilərlə müqavilənin çempionat bitənədək uzadılacağı bildirilib.
Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə milli liqaların başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara verilməlidir.
Həmçinin, FİFA oyunçuları və klubları maaşların azaldılması ilə bağlı razılığa gəlməyə çağırıb.
Oxşar xəbərlər
Ukraynalı futbolçular üçün "xüsusi transfer pəncərəsi" - QƏRAR
İtaliya klubuna ağır cəza - FİFA
FİFA qaydaları dəyişir - Yığma komandanı dəyişmək asanlaşacaq
FİFA-dan tarixi qərar - Virusa görə müddət uzadıldı
FİFA yeni qərar verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası