FİFA yeni qərar verəcək
FİFA koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatlarla bağlı yeni qərar verməyə hazırlaşır.
Sportfm.az “The Athletic”ə istinadən xəbər verir ki, qurum, yerli çempionatları ləğv etmək fikrində deyil. FİFA bütün federasiyaların çempionatın bitmə vaxtını müstəqil olaraq müəyyənləşdirməsinə icazə verəcək. Pandemiyanın yaratdığı vəziyyətin hər ölkədə fərqli olması səbəbiylə, FİFA bütün ölkələr üçün eyni tarixin elan edilməsinin yanlış olacağını düşünür.
Bundan başqa, iyunun sonunda klubları ilə müqaviləsi bitəcək futbolçulara sözləşməni mövsüm tamamlanana qədər yeniləmək imkanı yaradılacaq. Eyni zamanda, qurumun transfer pəncərəsinin vaxtını da dəyişdirməsi gözlənilir.
Məsələylə bağlı rəsmi qərarın yaxın günlərdə açıqlanması gözlənilir.
Oxşar xəbərlər
FİFA-dan Rusiya klubları ilə bağlı açıqlama - Qərar
İdman yarışları ilə bağlı yeni qərarlar
Ölkə çempionatının bitmə tarixi məlum oldu
FİFA-dan tarixi qərar - Virusa görə müddət uzadıldı
FIFA yay transfer pəncərəsinin vaxtını uzadacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası