reklam
Sportfm.az xəbər saytı

"Formula 1" baş tutmasa, hökumətimiz pul itirməyəcək" -Arif Rəhimov


“Düşünürəm ki, yarışın Bakıda baş tutmaması “Formula 1” üçün böyük gəlir itkisi olacaq”.

Sportfm.az xəbər verir ki, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “Motorsport” nəşrinə açıqlamasında deyib.

O, hazırkı vəziyyətin fors-major hal olduğunu vurğulayıb: “Bu, bizim nəzarətimizdən kənar məsələdir. Yalnız yerli deyil, bütün dünya üçün fors-major haldır”.

Rəhimovun sözlərinə görə, bu kimi hallar “Formula 1” ilə müqaviləyə daxil edilib və buna görə hansısa ödəməyə ehtiyac yoxdur: “Müqavilədə var ki, bu cür durumlar fors-major vəziyyətdə nəzərə alınır. Yarış baş tutmasa, hökumətimiz pul itirməyəcək. “Formula 1”in keçirilməməsi bizdən asılı olmayacaq. Yarışı hazırkı vəziyyətdə tanıtmağımız belə qanunsuzdur”.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Qran-prilərdən ikisini ləğv edib, beşini isə təxirə salıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. 

Oxşar xəbərlər

Azərbaycan Qran-prisinin trasında dəyişiklik edildi - Formula 1
"Formula 1" 2027-ci ilə qədər keçiriləcək
Fransa Qran-prisi təxirə salındı - RƏSMİ
Formula 1 Azərbaycan Qran Prisi 10 min iş yeri açır!
Böyük Britaniya 5 il “Formula 1”ə ev sahibliyi edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər