
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Fatih Terim sağalmağa başlayıb -Qızı atasının səhhətindən yazdı
"Qalatasaray"ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terimin qızı Buse Terim atasının səhhəti haqqında açıqlama verib.
Sportfm.az xəbər verir ki, o, bu barədə İnstaqram-da yazıb. Buse bildirib ki, atası sağalmağa başlayıb: "Atam üçün narahat olanlara demək istəyirəm ki, hazırda yaxşıdır və sağalmağa doğru gedir. Daha yaxşı olacaq. Koronavirusa yoluxan hər kəsə şəfa diləyirəm. Atam barədə gözəl xəbərləri verməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, F. Terim koronavirusa yoluxduğunu özü açıqlamışdı: "Koronavirus testinin nəticəsi pozitiv oldu. Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".
Oxşar xəbərlər
Fatih Terimin testinin nəticəsi açıqlandı
Fatih Terim xəstəxanadan çıxdı
Terim koronavirusa qalib gəldi
ŞOK - Fatih Terim koronavirusa yoluxdu
Fatih Terimin qızı Avropa ulduzlarının arasında - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin