Liqaların bərpasının ilkin tarixi bilindi
Martın 24-də Avropanın bütün futbol assosiasiyalarının nümayəndələrinin iştirakı ilə telefon konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, konfransda hazırkı mövsümün yekunlaşdırılması ilə bağlı ssenarilər müzakirə olunub. Bildirilir ki, nümayəndələrin çoxu mövsümü 30 iyuna qədər başa vuracaqlarına inanırlar. Çempionatların bərpasının ən uzaq vaxtı kimi 15 may tarixi nəzərdə tutulur.
Hazırda vəziyyəti dəyərləndirib təklif hazırlamaq üçün UEFA-nın 2 işçi qrupu var. Avro-2020-nin gələn ilə təxirə salımasına görə klub futbolunun mövsümü yekunlaşdırmaq üçün müxtəlif variantları var. Liqaların bərpası və başa vurulması ilə bağlı qərar səhiyyə qurumları ilə məsləhətləşmələrdən sonra veriləcək.
Oxşar xəbərlər
Aşağı liqalarla bağlı qərar verildi
"Bu vəziyyətdə futbol oynamaq mümkün deyil" - UEFA
Videokonfransda hansı məsələlər müzakirə olundu? - UEFA açıqladı
Futbol üzrə Azərbaycan çempionatı başa vurulacaq
PFL videokonfransda iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası