reklam
Koronavirus daha bir İstanbul klubunu
Sportfm.az xəbər saytı

Koronavirus daha bir İstanbul klubunu "vurdu" -"Fənərbaxça"da şok yaşanır


Türkiyənin digər klubları kimi, “Fənərbaxça”nın da futbolçuları və işçi heyəti koronavirus testindən keçib.

Sportfm.az xəbər verir ki, testlər nəticəsində komandanın bir oyunçusu və işçisində koronavirus aşkarlanıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Pandemiyaya yoluxan futbolçunun, həmçinin digər çalışanın kimliyi barədə məlumat verilməyib. Həmin şəxslər müalicə olunmaq üçün xəstəxanaya aparılıblar.

Xatırladaq ki, daha öncə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və klubun vitse-prezidenti Abdurrahim Albayrak, həmçinin onun həyat yoldaşı Şükran Albayrak da koronavirusa yoluxmuşdu. Türkiyənin digər nəhəng klublarından “Beşiktaş” və “Trabzonspor”da da hər kəs testdən keçib və onlarda koronavirusa rast gəlinməyib.

Oxşar xəbərlər

Türkiyəli mütəxəssis virusa qalib gəldi
Terim koronavirusa qalib gəldi
Fatih Terimi o yoluxdurub - FOTO
Türkiyə klubunun prezidenti xəstəxanaya düşdü - FOTO
"Qalatasaray"ın vitse-prezidenti viruslu çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər