reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"ın futbolçusu Renat Dadaşovun komanda yoldaşı oldu


Kristian Luyindama "Qalatasaray"dan ayrılmağa hazırlaşır.

Sportfm.az xəbər verir ki, Konqo Demokratik Respublikasından olan müdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. İngilis mediasının iddiasına görə, "Vulverhempton" 26 yaşlı futbolu üçün "Qalatasaray"a 15 milyon avro ödəməyə razılıq verib.

"Aston Villa" və "Everton"dan da təklif alan Luyindama "Vulverhempton"a keçməyə razılıq verib.

Qeyd edək ki, "Qalatasaray" Luyindamanın transfer hüququnu ötən yay Belçikanın "Standard" klubundan 5 milyon avroya alıb. Cari mövsümdə 15 oyuna çıxan konqolu futbolçu zədə səbəbindən ötən ilin noyabrından oynamır.

Onu da qeyd edək ki, "Vulverhempton"da millimizin üzvü Renat Dadaşov da çıxış edir. Futbolçumuz hələ əsas komandada debüt etməsə də, U-23 komandasında keçirdiyi 5 matçda 3 qol vurub.

Oxşar xəbərlər

"Qalatasaray" oyunçusunu satdı
1.5 milyon avroya alıb, 30 milyon avroya satdılar
"Qalatasaray"da ilk ayrılıq - Luindama gedir
Renat Dadaşovun taleyi necə olacaq? - "Vulverhempton" yeni hücumçu transfer edir
"Qalatasaray" daha bir transfer həyata keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər