"Futbolçular evini tərk etsə, həbs ediləcək" -Sərt açıqlama
"Real"ın hücumçusu Luka Yoviçin İspaniyadakı karantindən qaçıb, Serbiyaya yollanmağı böyük söz-söhbətə səbəb olub.
Sportfm.az xəbər verir ki, Serbiyanın baş naziri Ana Brnabiç futbolçunu sərt tənqid edib: "Pis örnəyi ilə seçilən tanınmış futbolçularımız var. Milyonlar qazanırlar, amma məsuliyyətsiz şəkildə evlərinə gəlməyə tələsirlər".
Ölkə prezidenti Aleksandr Vuçiç daha sərt danışıb: "Futbolçular evini tərk etsə, həbs ediləcək. Fikrimcə, hərəkətinə görə peşmandır. Bizim insanlarımız onun qazandığı milyonlardan daha önəmli olduğunu Yoviçə açıq şəkildə öyrədəcəm".
22 yaşlı hücumçu sevgilisi Sofiya Miloşeviçin ad gününü qeyd etmək üçün Serbiyaya gedib. Yoviç vəziyyətlə bağlı açıqlama verib:
"İspaniyadakı testim neqativ çıxmışdı. Ölkəmdə də mənfi cavab oldu. Serbiyaya qayıdıb, ailəmin yanında olub, onlara dəstək olmaq istədim. İspaniyada marketə və aptekə gedə bilirdim, amma burda icazə vermirlər".
Oxşar xəbərlər
Yoviç "Real"ı tərk edir “Ayntraxta”a keçir
Məşhur futbolçu evdə məşq edərkən ayağını qırdı - FOTO
Karantindən qaçan futbolçu ilə bağlı qərar verildi
"Real" karantin qaydalarını pozan futbolçusunu satışa çıxardı
“Bu gənclər hər şeyi edə biləcəklərini düşünürlər" - Aleksandr Vuçiç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası