Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Arda Turan hansı kluba transfer olacaq?
İngiltərənin dünyaca məşhur futbol klubu "Liverpul", İspaniyanın "Barselona" klubunda forma geyinən türk futbolçu Arda Turanı transfer edə bilər. Sportfm.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp klub rəhbərliyinə Arda Turanı komandasında görmək istədiyini deyib. Hətta iddia olunur ki, Klopp transferin tez bir zamanda baş tutması üçün israr edir.
Qeyd edək ki, Arda Turan 2010-cu ildə hələ "Qalatasaray"ın futbolçusu olarkən UEFA-nın rəsmi saytına müsahibəsi zamanı ən böyük xəyalının Premyer Liqada oynamaq olduğunu söyləmişdi: "Premyer Liqada oynamaq mənim ən böyük xəyalımdır. Avropada "Liverpul"u dəstəkləyirəm. Bu klub məni həmişə özünə cəlb edib. Bir gün "Liverpul"da oynamaq istəyərdim".
Oxşar xəbərlər
Klopp "Liverpul"dan gedir - Rəsmi açıqlama
"Qalatasaray"dan açıqlama verdi - Arda Turanın transferi ilə bağlı
Arda Turan transferi ilə bağlı "Qalatasaray"dan rəsmi açıqlama
Arda Turanı transfer etmək istəyən klubun adı məlum oldu
Arda Turanla bağlı qərar açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası