reklam
Sotomayor erməni ilə üz-üzə qalacaq
Sportfm.az xəbər saytı

Sotomayor erməni ilə üz-üzə qalacaq


Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib. 

Sportfm.az xəbər verir ki, birinci seansda Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor rinqə çıxıb.  Olimpiya mükafatçısı ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsində baş tutan qarşılaşma Sotomayorun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.  Boksçu 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.  Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.

Oxşar xəbərlər

Boksçumuz ermənini məğlub etdi - Təsnifat turniri
Çələbiyev Londonda irəliləyir
Boksçularımız Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
Sotomayor hakim ədalətsizliyi səbəbindən dünya çempionatı ilə vidalaşdı
Rio-2016: Sotomayor finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər