reklam
Mübariz Mənsimovun meneceri də saxlanıldı
Sportfm.az xəbər saytı

Mübariz Mənsimovun meneceri də saxlanıldı


"Palmali Holdinq"in İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub.

Sportfm.az xəbər verir ki, onların FETÖ üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələrinin olduğu bildirilir.
Xəbərdə qeyd edilir ki, M. Mənsimovun telefon zəngləri araşdırılarkən FETÖ rəhbərliyində olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsinin olduğu, həmçinin FETÖ-yə bağlı olması səbəbi ilə Rusiya hökuməti tərəfindən bağlanan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətində olduğu müəyyən edilib.

Onun FETÖ-nün Rusiya imamı olan və haqqında həbs qərarı çıxarılan "Saffet” kod adlı Ahmet Hamdi Vuralla əlaqəsi olduğu, Vuralın Mənsimovun şirkətinə mütəmadi olaraq gəldiyi, Vuralın şirkətə gəlməsi ilə siqnal əngəlləyicisi olan Jammer cihazından istifadə etməsi bəlli olub. Həmçinin, Mənsimov və Ahmet Hamdi Vuralın birlikdə səyahətlər etdiyi də üzə çıxıb.

Bundan başqa haqqında həbs olunma qərarı çıxarılan digər FETÖ-cü Muammer İhsan Kalkavanın da Palmalini tez-tez ziyarət etdiyi, hətta şirkətin ortağı kimi münasibət göstərildiyi xəbərdə qeyd edilir.

İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovla birgə hərəkət etdiyi bəlli olub və onun haqqında da həbs qərarı verilib.(metbuat.az)

Oxşar xəbərlər

Mübariz Mənsimov azadlığa buraxıldı - VİDEO
Mübariz Mənsimovun məhkəmə qarşısına çıxarılacağı tarix bilindi
"Xəzər Lənkəran"ın sponsoru olmuş şirkət müflis oldu? - Açıqlama
"Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir aldadırlar” - Adrian Skarlatake
"Qalatasaray"ın sabiq futbolçusu Türkiyədə həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər