"Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir aldadırlar” - Adrian Skarlatake
Mübariz Mənsimovun həbs olunması xəbərini mətbuatdan oxudum. Açığı, çox məyus oldum. Çünki eyni hal həm də mənim başıma gəlmiş oldu. Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir aldadırlar”.
Sportfm.az xəbər verir ki, bu sözləri "Futbol+” qəzetinə açıqlamasında "Zirə”nin üzvü Adrian Skarlatake deyib.
O iş adamının yaxın adamlarının onun pulunu verməmək üçün hər cür yola əl atdığını, Mənsimovun saxta sənəd düzəldənlərdən xəbərdar olduğunu bildirib: "FİFA və Azərbaycan Ali Məhkəməsinin bu məsələdə qalib gəlməyim barədə qərarı var. Orda da 1 illik maaşımın ödənilməməsi ilə bağlı bənd var. Lakin son 4 ildə Mais Mənsimovla Tuyqun Nadirov Lənkərandan olan məhkəmə icraçıları ilə birləşərək saxta işlər görməkdədirlər. Onlar saxta sənədlərdən istifadə edərək bir neçə dəfə "Xəzər Lənkəran”ın prezidentinin və rəsmilərinin vəzifələrini dəyişiblər. Halbuki klub onlara məxsus idi və hazırda da elədir”. "Hələ ki çox dərinə getmək istəmirəm. Yaxın günlərdə onların iyrənc əməllər haqda məlumat verəcəm. Dövlət üçün işləyən lənkəranlı icraçılar vəzifə borclarını vaxtında yerinə yetirmədilər. Bununla da Mais Mənsimovla Tuyqun Nadirovun "Xəzər Lənkəran”a nəzarət edən şirkətin aktivlərinin, klubun bütün mallarının təhvil alınmasına və satılmasına dair sənədlərdə dəyişiklər etməsinə şərait yaratdılar. Bu və başqa cinayət faktları FİFA-da var. Azərbaycan Ali Məhkəməsində udduğum məhkəməni əngəlləmək və mənə çatacaq pulu ödəməmək üçün bu cür yola əl atdılar”. İllərdir Azərbaycanda top qovan Skarlatake haqqı olan puldan hələ də əlini üzmədiyini qeyd edib. Onun fikrinə görə, Azərbaycan höküməti araşdırma aparıb, cinayətkarların üzə çıxarılmasına nail olacaq: "Azərbaycanın ədalətinə əminəm və Baş Prokurorluğun hərəkətə keçərək Mais Mənsimovla Tuyqun Nadirovun, eləcə də onlarla əlbir olan hökümət işçilərinin və vəkillərin korrupsiya faktlarını üzə çıxaracağına əminəm. Əks təqdirdə yenidən FİFA-ya və ya İnsan Hüquqları Ali Məhkəməsinə üz tutacam. Mən klubdan müqavilədə əks olunan 1 illik maaşımı istəyirəm, bura mükafat aid deyil. Bütün təfərrüfatları əsl həqiqətin üzə çıxması üçün prokurora verəcəm"
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |