Beynəlxalq Cüdo Federasiyasından yeni qərar -Koronavirusla bağlı
Koronavirus epidemiyasına görə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışları 30 aprel tarixinədək təxirə salan Beynəlxalq Cüdo Federasiyası (IJF) təsnifat dövrünü uzadıb.
Sportfm.az xəbər verir ki, idmançılar iyunun 30-na qədər lisenziya xarakterli turnirlərdə iştirak edə biləcəklər. Bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Bundan başqa, 30 aprel tarixinə nəzərdə tutulan qitə çempionatının təxirə salınacağı da bildirilib.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərindəki Böyük Dəbilqə, Gürcüstanın paytaxtı Tbilisi və Türkiyənin Antalya şəhərindəki Qran-prilər, həmçinin 6-8 martda Mərakeşin paytaxtı Rabatda nəzərdə tutulan Qran-pri turniri ləğv olunub. Gürcüstan və Türkiyədəki yarışlarda Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakı qran-prisi ləğv edildi - RƏSMİ
Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq
Cüdoçularımızın iştirak edəcəyi Qran-pri təxirə salındı - Koronavirusa görə
Cüdoçularımız Qran-priyə gedə bilmədi - Koronavirusa görə
Koronavirus daha bir nəhəng yarışa mane oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası