Yay Olimpiya Oyunları azarkeşsiz keçiriləcək -Koronavirusa görə
Tokio-2020 Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər.
Sportfm.az xəbər verir ki, buna səbəb dünyada sürətlə yayılan koronavirus epidemiyasıdır.
İddiaya görə, hazırda yarışın yalnız televiziya vasitəsilə yayımlanması variantı nəzərdən keçirilir.
Bu həll yolu telekanallarla milyon dollarlıq müqavilələri təmin etməyə imkan verməklə yanaşı, tədbirlərin təxirə salınması və ya ləğv olunmasına altenativ hesab olunur.
Bundan əvvəl Oyunların Təşkilat Komitəsinin baş direktoru İqr Katsura Enye 24 iyul - 9 avqust tarixləri arasında keçiriləcək mötəbər yarışın koronavirusa görə təxirə salınmayacağını açıqlamışdı.
Qeyd edək ki, Yaponiyada koronavirusa 961 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib.
Oxşar xəbərlər
Daha 24 nəfərdə koronavirus aşkarlandı - Tokio-2020
"Komandamızın əhvalı və sağlamlıq durumu qənaətbəxşdir" - Fərid Mansurov
Yaponiya imtina etdi - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Tokio Olimpiya Oyunları yenə təxirə salınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası