reklam
Almaniya klubu əsas bombardirini itirdi
Sportfm.az xəbər saytı

Almaniya klubu əsas bombardirini itirdi


"Bavariya” ciddi itki ilə üzləşib.

Sportfm.az xəbər verir ki, komandanın əsas qol silahı Robert Levandovski sıradan çıxıb. 

Forvard Çempionlar Liqasının 1/8 finalında "Çelsi” ilə ilk matçda (3:0) sol dizindən zədə alıb. Münhen klubunun rəsmi saytı polşalı hücumçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

 Qeyd edək ki, Levandovski Londonda komandasının ilk 2 qolunun ötürməsini verib, 3-cü topu isə özü qapıdan keçirib. O, bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 39 qola imza atıb. ÇL-də isə 11 qolla ən yaxşı bombardirdi.

 

Oxşar xəbərlər

Levandovski bu kluba keçməyə razılıq verdi
Robert Levandovski Müllerə çatdı - UĞUR
Levandovski Avropanın nəhənglərinin hədəfində
Robert Levandovski yeni uğur - Çempionlar Liqası
La Liqa klubunda ciddi itki baş verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər