reklam
Sportfm.az xəbər saytı

""Qarabağ" fərqli missiya daşıyır" -Tahir Gözəl


"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu gün Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı komandasının futbolçuları ilə görüşüb.

Sportfm.az xəbər verir ki, klub rəsmisi tədbirdəki çıxışında bildirib ki, düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb. "Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bu gün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq. Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən "Qarabağ" Futbol Klubu fərqli missiya daşıyır" - deyə o bildirib.

Klub rəhbərinin sözlərinə görə, "Qarabağ" Futbol Klubunun məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etməkdir: "Tam səmimi deyirəm, əsas məqsədimiz budur. Bizim məqsədimiz klubun adına xidmət etməkdir. Necə? Klub adına uğurlu futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. "Qarabağ" FK üçün mənəviyyat hər şeydən daha önəmlidir. Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm. Və mən düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, uğurlarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik. Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Goozalin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı soyqırımı nəinki Azərbaycanın, eyni zamanda bütün ümumbəşəri faciədir".

Oxşar xəbərlər

"Bu, tək Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir" - Tahir Gözəl
Azərbaycanda yeni futbol klubu yaradıldı - FOTO
"Qarabağ Vyana" klubunun geniş yığıncağı keçirilib - FOTO
Xocalı soyqırımından 26 il ötür
Xocalı soyqrımından 25 il keçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər