reklam
İlk yarış günündə 8 idmançı -
Sportfm.az xəbər saytı

İlk yarış günündə 8 idmançı - "Böyük Dəbilqə" başlayır


Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Sportfm.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın 8 idmançısı mübarizəyə qoşulacaq: Kişilərdə 60 və 60 kq, qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində.

60 kq-da Kəramət Hüseynov ilk görüşündə Pedro Nayr Qarsiya (Anqola) ilə, eyni çəkidəki Oruc Vəlizadə Dilmer Kalle (Peru) ilə üz-üzə gələcək.

Orxan Səfərov və Nicat Şıxəlizadə 66 kq-da mübarizə aparacaqlar. Onlar ilk görüşlərində müvafiq olaraq Denis Vieru (Moldova) və İmad Bassu (Mərakeş) ilə qarşılaşacaqlar.

Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda Yeonju Oh (Cənubi Koreya) ilə, Leylа Əliyeva isə 1/32 finalda Luz Alvarezlə (Kolumbiya) görüşəcək.

52 kq-da Gültac Məmmədəliyeva 1/32 finalda belçikalı Rihöllə (Belçika) üz-üzə gələcək.

Oxşar xəbərlər

Azərbaycanlı cüdoçular mübarizəyə başlayır - Böyük Dəbilqə
7 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
7 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Nicat üçün həqiqət anı - bürünc medal qazana bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər