“Azərreyl” Gürcüstan komandasına qalib gəldi
Fevralın 19-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir matç oynanılıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində baş tutan günün yeganə görüşündə “Azərreyl” Gürcüstan komandası ilə üz-üzə gəlib.
Oyun Famil Ağayevin yetirmələrinin üstünlüyü ilə keçib. İlk hissədə 25:13 hesabı ilə qalib gələn “Azərreyl” daha sonra rəqibini 25:23 hesabı ilə məğlub edib. Üçüncü setdə isə 25:21 hesabı qeydə alınıb və Bakı təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Nəticədə 5-ci oyunda 5-ci qələbəsini qazanan “Azərreyl” turnir cədvəlində vahid liderə çevrilib. 15 xala malik komanda ən yaxın izləyicisi “Abşeron”u 3 xal qabaqlayır. Gürcüstan komandası isə ikinci görüşündə də xal və set qazana bilməyib.
Oxşar xəbərlər
"Azərreyl" və "Murov" qələbə qazandı - Yüksək Liqa
“Azərreyl” və “Abşeron”dan növbəti qələbə - Yüksək Liqa
“Murov” “Azərreyl”ə uduzdu - Yüksək Liqa
"Abşeron"u durduran tapılmır
Yeni ilin ilk qalibləri - Super Liqada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA “Şəfa”ya danışılmış oyunlarla bağlı sessiya keçirdi
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası