reklam
Azərbaycanın ən güclü samboçuları müəyyənləşdi
Sportfm.az xəbər saytı

Azərbaycanın ən güclü samboçuları müəyyənləşdi


Bakı İdman Sarayında keçirilən kişilər arasında sambo üzrə ölkə çempionatına yekun vurulub.

Sportfm.az xəbər verir ki, Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), Şirin Cavadzadə (90 kq), Nizami Məmmədov (100 kq), Vasif Səfərbəyov (+100 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüblər.

Qeyd edək ki, fevralın 13-də yeniyetmə, fevralın 14-də isə gənc samboçular arasında Azərbaycan birinciliklərinin qalibləri müəyyənləşib.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Oxşar xəbərlər

Bakı İdman Sarayında yarış olacaq
Bakı birinciliyinin qalibləri müəyyənləşdi - FOTO
Samboçumuz dünya çempionatında bürünc medal qazandı
Samboçularımız ölkəmizi Yunanıstanda təmsil edəcəklər
Yeniyetmə cüdoçular arasında ölkə birinciliyinə yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər