Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray"ın futbolçusunun qiyməti açıqlandı: 40 milyon avro
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Brumanın sərbəst buraxılma dəyərini açıqlayıb. Sportfm.az xəbər verir ki, 22 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avrosundan keçməlidir. İstanbul təmsilçisi 2018-ci ilin yayında başa çatacaq müqaviləni artırmaq niyyətindədir. Artıq rəhbərlik yığma komandaların oyunları səbəbindən yaranan fasilədə portuqaliyalı futbolçunun menecerləri ilə görüşəcək. Yeni müqavilə imzalanacağı təqdirdə maaşı 2 dəfə artacaq.
Qeyd edək ki, Bruma 2013-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Qalatasaray"a transfer olub. O, icarə əsasında Türkiyənin "Qaziantepspor" və İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib.
Oxşar xəbərlər
"Qalatasaray" oyunçusunu satdı
"Qalatasaray" daha bir futolçusunu satdı
İstanbul klubunun futbolçusu üçün 30 milyon avro
"Qalatasaray"da yeni oyunçu
“Spartak”ın müdafiəçisi “Qalatasaray”ın maraq dairəsində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası