Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray" daha bir futolçusunu satdı
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Sedrik Bakambunu İspaniya təmsilçisi “Betis”ə satıb.
Sportfm.az xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.
Tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi “Cim-Bom”a 5 milyon avro qazandırıb. İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib. Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.

Oxşar xəbərlər
"Qalatasaray" 4.75 milyon avro qazandı
"Qalatasaray" futbolçusu "Bavariya"da - RƏSMİ
"Qalatasaray" 3 milyon avro gəlir əldə etdi
“Qalatasaray”da daha iki transfer
“Qarabağ”ın rəqibindən hücumçu transferi - Müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası