reklam
Azərbaycan - Almaniya oyunu Respublika stadionunda
Sportfm.az xəbər saytı

Azərbaycan - Almaniya oyunu Respublika stadionunda


Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə matçının məkanı dəyişdiriləcək. Sportfm.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, yığmamız gələn ilin mart ayında Almaniyanı çox güman ki, Bakı Olimpiya Stadionunda qəbul etməyəcək: "Almaniya ilə qarşılaşma üçün Olimpiya Stadionu qeydiyyatdan keçib. Ancaq çox güman ki, oyun orda baş tutmayacaq. Biz də istərdik ki, Almaniya ilə matç 68 minlik arenada keçirilsin. Təbii ki, 68 minlə 32 min arasında böyük fərq var. Bu dəyişiklik İslam Oyunlarının Əməliyyat Komitəsi ilə bağlıdı. Əməliyyat İşlərimiz buna imkan vermir. Bununla bağlı UEFA-ya müraciət etmişik. Lakin çox güman ki, qeydiyyat yerini dəyişib, Tofiq Bəhramov adına Respublika Stadionunun adını verəcəyik. Oranın da ot örtüyü əla vəziyyətdədi”.
Qeyd edək ki, Azərbaycan – Almaniya matçı gələn il, martın 26-da keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan - Almaniya oyununa cəmi 3 min bilet!
Berti Foqts Azərbaycana gəlir
Almaniya ilə oyuna kimlər bilet alır?
Almaniya millisi Bakıya nə vaxt gəlir?
Almaniyanın oyunu iki manata

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər