Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq
Xorvatiyanın Osiek şəhərində təşkil olunan futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində son turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün Slovakiya yığması ilə qarşılaşacaq.
“Qradski vrt Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Rusiya üzərində qələbə qazanmaqla aktivinə ilk 3 xalı yazdıran Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını saxlayır. Bunun üçün Azərbaycan millisi slovaklara qalib gəlməli, qrupun digər matçında isə Rusiya xorvatlarla görüşdə xal itirməlidir. Ruslar xorvatlara uduzacağı təqdirdə Azərbaycan millisini slovaklarla matçda heç-heçə də qane edəcək. Son turun oyunlarından sonra ən azı 2 və ya 3 yığmanın xalı eyni olarsa, reqlamentə əsasən, komandaların öz aralarındakı oyunların nəticələri əsas götürüləcək.
Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ikincilər "pley-off" oyunlarında rəqiblərinə qalib gələrək bu hüquqa yiyələnəcəklər.
Qeyd edək ki, geridə qalan 2 turdan sonra Xorvatiya 6 xalla 1-ci, Azərbaycan və Rusiya yığmaları hərəyə 3 xalla müvafiq olaraq 2 və 3-cü, xalsız olan Slovakiya millisi isə sonuncu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Millimiz Slovakiyaya qarşı - Avropa çempionatı
Futzal yığmamız Slovakiya ilə oyunda xal itirdi - Komandamızın taleyi xorvatiyalılardan asılıdı
Azərbaycan millisi ilk oyunda Xorvatiyaya məğlub oldu
Millimiz Özbəkistanla yoxlama oyunları keçirəcək
Millinin oyunlarının başlama vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası