Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın keçmiş futbolçusu İtaliya klubunda
“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu bəlli olub.
Sportfm.az xəbər verir ki, isveçli hücumçu karyerasını İtaliyanın "Krotone" klubunda davam etdirəcək. B Seriya klubu 29 yaşlı forvardı mövsümün sonuna qədər icarəyə götürüb.
B Seriyasında çıxış edən “Benevento” Armenterosu daha öncə MLS təmsilçisi “Portlend Timbers” klubuna icarəyə vermişdi.
Armenteros 2015/16 mövsümündə “Qarabağ”da oynayıb. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub. Samuel 2017-ci ildə İsveç yığmasında dəvət almışdı.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq oyunçusunun yeni klubu məlum oldu
Emeqara Azərbaycana qayıtdı - "Qarabağ" keçmiş futbolçusunu transfer etdi
"Qarabağ"dan ayrıldı, ABŞ-a yollandı
"Qarabağ"ı tərk edən futbolçu İtaliya klubuna keçdi
Qurban Qurbanov göndərdi, İtaliya klubu aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası