
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qarabağ"dan ayrıldı, ABŞ-a yollandı
“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını ABŞ-da davam etdirəcək.
Sportfm.az xəbər verir ki, isveçli futbolçu MLS klublarından “Portlend Timbers”də icarə əsasında çıxış edəcək. 27 yaşlı hücumçu bu ilin sonuna kimi MLS klubunun uğurları üçün çalışacaq. Müqavilə ilə İtaliyanın “Benevento” klubuna məxsus olan Armenteros 2015/16 mövsümündə “Qarabağ”ın uğurları üçün çalışıb. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq oyunçusunun yeni klubu məlum oldu
“Kəpəz”dən Avropaya yollandı
"Qarabağ"ın keçmiş futbolçusu İtaliya klubunda
"Qarabağ"ı tərk edən futbolçu İtaliya klubuna keçdi
Qurban Qurbanov göndərdi, İtaliya klubu aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin