• 06:57 Bazar ertəsi
    12 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Yığmamızın braziliyalı

Yığmamızın braziliyalı "jokeri": "Görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar"

Futzal üzrə DÇ-nın elit-raund mərhələsinin oyunlarına hazırlaşan Azərbaycan millisi dünən qarşılaşmaların keçiriləcəyi Osiek şəhərindəki “Qradaki vrt” İdman Kompleksində ilk məşqinə çıxıb. Sportfm.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi ilə komanda taktiki planda tapşırıqları yerinə yetirib. Məşqdən sonra millinin üzvü Eduardo Borges AFF-nin rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 

- Komandada əhval-ruhiyyə necədir? Yol yorğunluğu hiss olunurmu?

-  Əhvalımız yaxşıdır. Bakıdakı məşqlərimizi yekunlaşdırdıq, hazırlığın son hissəsini Osiekdə reallaşdırırıq. Düzdü, oyunların keçiriləcəyi şəhərə bu gün (dünən) gəldiyimizdən yol yorğunluğu ola bilər. Ancaq bu da müvəqqətidir. Çünki hamımız qələbə qazanmaq, dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik.

- Oyunun keçiriləcəyi zalda məşq keçdiniz. Örtük necə idi?

- İdman kompleksi yaxşı vəziyyətdədir. Örtüklə bağlı da hansı şikayət etməyə əsas yoxdur, çünki parket əladır. Demək olar, bu idman qurğusu oyunlar üçün tam hazırdır.

- Amma Bakıda Özbəkistanla keçirilən oyunlar bir qədər narahatlığa səbəb oldu. Fərqli iki oyunun nümayiş etdiriləsi nə ilə bağlı idi? Alesio nə dedi?

- Baş məşqçi təbii ki, iradlarını bildirdi. Birinci oyundan əvvəl vəziyyət bir qədər qarışıq idi. Tyaqo və mən oyundan əvvəl Bakıya çatmışdıq. Həm də bu cür oyunlar test xarakteri daşıyırdı. Əlbəttə, hər nə qədər yoxlama oyunu olsa da, müsbət nəticəyə ehtiyac var. Çünki qələbə istər-istəməz hər kəsin əhvalını yüksəldir. Ancaq ikinci oyunda səhvlərimizi düzəltdik. Müdafiədə yaxşı oynadıq. Hərçənd şanslarımızıdan tam istifadə edə bilməsək də, qələbə qazanmağı bacardıq. Həqiqətən də vacib oyunlar oldu.

- Elit-raundda ilk sınaq meydan sahiblərinə qarşı olacaq. Halbuki Xorvatiyaya qarşı elə bu zalda 5 il əvvəl mübarizə aparmısan və komandamızza lazım olan nəticə qazanılıb. Bu dəfə də istədiyimizi əldə edə biləcəyikmi?

- Xorvatiya millisi çox güclü komandadır. Dünya reytinq cədvəlində də ilk “10-luq”dadırlar. Bu elə-belə göstərici deyil. Onlar da iddialıdırlar. Çox çətin olacaq. Ümumiyyətlə, rəqiblərimizin heç biri zəif komanda deyil. Hər birinə qarşı ciddi mübarizə aparmalıyıq. Slovakiya ilə Bakıda qarşılaşmışdıq. Qələbə qazansaq da, buna çətinliklə nail olduq. Rusiya isə reytinq cədvəlində ilk “3-lük”dədir. Dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində iştirak ediblər. Yəni bir oyun yox, bütün rəqiblərimiz haqda düşünməliyik. Sadəcə, ilk görüşümüz xorvatlarla olduğuna görə, indi bütün diqqətimizi bu matça yönəltmişik.

 - Şansları necə dəyərləndirirsən?

- Bu, futzaldır. Hər bir saniyə imkan verir ki, oyunun nəticəsini dəyişəsən. Hər oyunda qalib də gələ bilərsən, məğlubiyyətlə də barışmalı olarsan. Hətta görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar.  

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

26-01-2020
283
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
31-01-2020
"İlk oyunda bunu edə bilmədik" - Joze Alesio
29-01-2020
“Bu proqnozu alt-üst etmək istəyirik” -
“Bu proqnozu alt-üst etmək istəyirik” - Millimizin qapıçısı
27-01-2020
“Komandam oyunlara 80 faiz hazırdır” -
“Komandam oyunlara 80 faiz hazırdır” - Joze Alesio Da Silva
18-01-2020
Alesio futzalçılarımıza inanmır
Alesio futzalçılarımıza inanmır
14-04-2019
“Biz vacib olan “ev tapşırıqları”nı icra edə bilmədik”
“Biz vacib olan “ev tapşırıqları”nı icra edə bilmədik”
12-12-2018
"Bu dəfə fərqli qarşılaşma olacaq" - Joze Alesio da Silva
1-10-2018
"Heç biri fantastik dərəcədə güclü deyil" - yığmamızın üzvü
6-09-2018
Joze Alesio: “İndi asanlıqla udacağın komanda yoxdur”
Joze Alesio: “İndi asanlıqla udacağın komanda yoxdur”
3-02-2018
Joze Alesio Da Silva: Qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var
Joze Alesio Da Silva: Qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var
2-02-2018
“Bizi ancaq qələbə qane edəcək” -
“Bizi ancaq qələbə qane edəcək” - Zaur Axundov
1-02-2018
"Çox çətin oyun olacaq" - Joze Alesio da Silva
29-01-2018
"Onlar indi futzal tarixlərinin ən yaxşı komandasıdır" - Millimizin üzvü
28-01-2018
Vitali Borisov: Bir qədər axsama var
Vitali Borisov: Bir qədər axsama var
4-12-2017
Jose Alesio Da Silva: Bununla bağlı xüsusi göstəriş verməmişdim
Jose Alesio Da Silva: Bununla bağlı xüsusi göstəriş verməmişdim
3-12-2017
Yığmamızın futzalçısı:
Yığmamızın futzalçısı:"Oyuna köklənə bilməyəcəyik"
  Xəbər Lenti
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov 11.04.2021, 22:02
“Zirə” 0-0 “Keşlə” - VİDEO 11.04.2021, 21:55
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov 11.04.2021, 21:53
"Qarabağ" vahid lider oldu - Azərbaycan Premyer Liqası 11.04.2021, 21:40
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov 11.04.2021, 20:42
"Zədəsiz və bir xalla qayıdırıq” - Sənan Qurbanov 11.04.2021, 19:10
"Zirə" "Keşlə" ilə heç-heçə etdi - Azərbaycan Premyer Liqası 11.04.2021, 18:56
"Qarabağ" - "Sumqayıt" - START HEYƏTLƏR 11.04.2021, 18:17
"Neftçi" – "Keşlə" matçı Bəkirova tapşırıldı - I Divizion 11.04.2021, 17:54
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb